Böyük Britaniyanın “Diageo” şirkəti Rusiyadakı biznesini bağlamaq qərarını verib. Korporasiya işçilərə və tərəfdaşlara fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıq məktubu göndərib, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, “Diageo” şirkəti “Smirnoff”, “Johnnie Walker”, “Guinness”, “J&B”, “Baileys”, “Captain Morgan” və digər alkoqol markalarına sahibdir. Martın əvvəlindən şirkət Rusiyaya ixracı dayandırıb. Korporasiya Ukrayna və digər ölkələrdəki işçilərin təhlükəsizliyinin onun üçün prioritet olduğunu vurğulayıb.
Aprelin 25-də dünyanın ən böyük pivə istehsalçısı Anheuser-Busch InBev (AB InBev) Rusiyadan çıxdığını elan edib.