Fərdi biznes qruplarının maraqlarına xidmət edən banklara “captive” (keptiv) banklar deyirlər. “Captive” banklar holdinqin xəzinədarlığı funksiyasını yerinə yetirir. O, xüsusi və borc götürülmüş kapitalın holdinq daxilində bölgüsünü həyata keçirir, xarici maliyyə mənbələrini cəlb edir. Mənfəət oxşar maliyyə strukturları üçün ikinci dərəcəli xarakter daşıyır.
Digər tərəfdən, maliyyə-sənaye qrupunun tərkibinə daxil olan hər bankı “captive” adlandırmaq olmaz. Biznes-ittifaqa maliyyə axınlarını təmin etməklə yanaşı, ictimai xidmətlər göstərən, geniş filial şəbəkəsinə sahib və kifayət qədər böyük müştəri bazası olan bankları “captive” bank hesab etmək olmaz. “Captive” bankların xüsusiyyətlərinə aiddir: əlaqədar biznes-strukturlarının güzəştli kreditləşməsi, onlara investisiya bank xidmətinin göstərilməsi, bank qarantiyalarının verilməsi, sürətli xidmət və s.
“Captive” banklar bir çox maliyyə-sənaye qruplarında idarəedici şirkət funksiyasını yerinə yetirir. O, real sektora aktivlərin cəlb edilməsi üçün kapitalın toplanılmasını həyata keçirən güclü bənddir.
“Keptivlik” dərəcəsini qiymətləndirərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır:
- Biznes-qrupun miqyası və onun maliyyə imkanları
- Bankın miqyası
- Bankın maliyyə-sənaye qrupunun digər şirkətləri ilə qarşılıqlı əlaqələrinin səviyyəsi
- Bankın qrupdakı rolu və maliyyə institutu kimi onun rolu
Ümumi sistem riskləri ilə yanaşı “captive” banklar həm də, əlaqəli şirkətin maliyyələşdirilməsi ilə bağlı risklər daşıyırlar. Problemli borclarla bağlı risklər əlaqəli borcalanlara göstərilən qeyri-effektiv təsir vasitələri ilə daha da mürəkkəbləşir ki, bu da bankın xarici mənbələrdən maliyyə cəlb edilməsini çətinləşdirir. Ona görə də bir çox “captive” banklar – institutun müstəqil əməliyyat və maliyyə imicini yaratmaq üzərində sistemli şəkildə çalışırlar.
“Captive” bankların yeni kateqoriyası – iri avtomobil korporasiyalarına aid olan “avtobank”lardır. Dar ixtisaslaşma sayəsində onlar müştərilərin tələbatlarını maksimal şəkildə ödəyə bilirlər. Risklərin azalması hesabına xüsusi kredit şərtləri təklif edirlər.