4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

CAR “omikron” ştamına yoluxanlara ölkəni tərk etməyi qadağan edib

Cənubi Afrika hökuməti koronavirusun “omikron” ştamına yoluxanlara ölkəni tərk etməyi qadağan edib.

Banker.az xəbər verir ki, “CAR ÜST-in təlimatlarını gözləyir və səyahət zamanı COVID-19 sağlamlıq protokollarının tətbiq edilməsini təmin edir. Heç bir yoluxmuş şəxsin ölkəni tərk etməsinə icazə verilmir”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Oxşar xəbərlər