27 C
Baku
Sunday, July 21, 2024

CAR Prezidenti Ukraynaya səfər etmək istəyir

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposa Ukraynaya səfər etmək istədiyini bildirib.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov “Ukrainska Pravda”ya müsahibəsində bildirib.

Nikiforov qeyd edib ki, CAR lideri bir neçə Afrika ölkəsindən ibarət missiya çərçivəsində Ukraynaya getmək istədiyini bildirib və o, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı niyyəti barədə məlumat verib.

Xatırladaq ki, Ramaposa Afrikanın Ukrayna ilə bağlı sülh planını hazırladığı bildirmişdi.

CAR Prezidenti onu da qeyd etmişdi ki, bu plan ABŞ və Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrindən dəstək alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər