21 C
Baku
Friday, October 4, 2024

Cari il üzrə depozitlərin orta faiz dərəcəsi ən aşağı həddə çatıb

1 iyul tarixində Azərbaycanda depozitlər üzrə faiz dərəcəsi manatla 9,01%-ə düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ay depozitlər üzrə faiz dərəcəsi manatla 9.01% təşkil edərək cari il üzrə ən aşağı göstərici olub. Xarici valyuta ilə isə orta faiz dərəcəsi 9,50%-ə yüksəlib.Ötən ay isə depozitlər üzrə orta faiz dərəcəsi manatla 9.07%, xarici valyuta ilə isə 8.99% təşkil edirdi.

Cari il üzrə ən yüksək faiz dərəcəsi isə manatla 9,42%-lə, xarici valyuta ilə 9,66%-lə yanvar ayında müşahidə olunub.

Fiziki şəxslər üzrə faiz dərəcəsi manatla 9,45%,xarici valyuta ilə 10,06%, hüquqi şəxslər üzrə isə manatla 5.70%, xarici valyuta ilə 3.69% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər