11 C
Baku
Monday, November 18, 2024

Cari il üzrə dövlət büdcəsinin gəlirlərində 6.4% artım nəzərdə tutulur

Yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34 milyard 173 milyon manata qarşı 2 milyard 180 milyon manat və 6.4 faiz artırılaraq 36 milyard 353 milyon manat təşkil edəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində və büdcə zərfində öz əksini tapıb.

Sənədə əsasən, dövlət büdcəsinin təsdiq olunmuş 36 milyard 763 milyon manat məbləğində xərcləri 2 milyard 944,3 milyon manat və ya 8 faiz artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 590 milyon manata qarşı 764,3 milyon manat və ya 29.5 faiz artırılaraq 3 milyard 354,3 milyon manat təşkil edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər