1 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycanda cari ildə dollar “əllərdə qalıb”, alan azalıb – Manatın bahalaşması üçün təzyiqlər

2021-ci ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.

Eyni dövrdə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta hərraclarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub.

Oxşar: Manat da ABŞ dolları ilə eyni marafona qoşulub, bahalaşır – Son 5 ilin maksimumu

Hesabat dövründə profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində gözləntilərin yaxşılaşması da valyuta bazarına sabitləşdirici təsir göstərib.

Manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi cari ildə də banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın trayektoriyada formalaşıb.

Oktyabrın sonunda faiz dəhlizinin parametrlərinə dair press-konfransda Mərkəzi Bank sədri Elman Rüstəmov bildirmişdi ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqlərin olduğunu işarə etmişdi.

AMB sədri bu möhkəmlənmənin, yəni manatın bahalaşmasın, “bizim iqtisadi strategiyamıza uyğun deyil”.

2 ay öncə baş bankir bildirmişdi ki, bu təzyiqin azalması gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər