“Cari ildə aparılan bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsi ilə aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur”.
Bunu “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Zakir Nuriyev deyib.
Z.Nuriyevin sözlərinə görə, hazırda onlayn ödənişlərin həcmi kəskin artıb:
“Əgər pandemiyadan əvvəl bütöv il ərzində elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin sadəcə ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan öməliyyatların sayca 75 %-i, həcm baxımında 40 %-i nağdsız hesablaşmaların payına düşür”.