1 C
Baku
Saturday, December 14, 2024

“Cari ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri artıb”

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayında büdcənin gəlirləri, ümumilikdə, 44 milyon 867 min manat proqnoza qarşı 55 milyon 878 min manat icra edilməklə proqnoza 124,5 faiz əməl olunub.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib.

O, qeyd edib ki, bu məbləğ 2022-ci ilin analoji 4 ayı ilə müqayisədə 5 milyon 482 min manat çoxdur: “Yığılan vəsaitin 51 milyon 61 min manatı vergi orqanlarının xətti ilə, 3 milyon 188 min manatı yol vergisi şəklində büdcəyə daxil olub. Vergi orqanları tərəfindən proqnoza 118,3 faiz əməl edilib.

2023-cü ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 15 milyon 17 min manat və ya 41,7 faiz, məcburi sosial sığorta daxilolmaları üzrə 5 milyon 636 min manat və ya 13,1 faiz, işsizlik sığortası daxilolmaları üzrə 178 min manat və ya 16,7 faiz, icbari tibbi sığorta daxilolmaları üzrə 40 min manat və ya 12,6 faiz artım olub.

Onu da deyim ki, bu artım yeni qeydiyyatdan keçmiş vergiödəyicilərinin, obyektlərin və nəzarət-kassa aparatlarının, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir. Belə ki, yeni qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayında 1056 ödəyici və ya 2,2 dəfə, əlavə dəyər vergisi ödəyicilərinin sayında 174 ödəyici və ya 1,8 dəfə, yeni qeydiyyatdan keçmiş obyektlərin sayında 495 obyekt və ya 2,7 dəfə, yeni qeydiyyata alınmış nəzarət-kassa aparatlarının sayında 1631 ədəd və ya 16 dəfə, yeni qeydiyyata alınmış posterminalların sayında 281 ədəd və ya 4,6 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyədə 74 milyon 795 min manat və ya 2,8 dəfə artım olub”. Həmçinin ilin əvvəli ilə müqayisədə 1 may 2023-cü il tarixə aktiv vergiödəyicilərinin sayı 14 faiz olmaqla, 1693 vergiödəyicisi artıb. 2023-cü ilin ilk 3 ayı ərzində “ƏDVgerial” kampaniyası çərçivəsində 104,5 min manat əlavə dəyər vergisi istehlakçılara geri qaytarılıb.

Son xəbərlər
Digər xəbərlər