6 C
Baku
Monday, March 2, 2026

Cari ilin əvvəlində əksər işgüzar fəallıq indeksləri azalsa da, xidmət sektorunda irəliləyiş var

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi real sektorda işgüzar fəallıq indekslərində əsasən 2026-cı ilin yanvar ayında xidmət sektorundan başqa hamısında azalma var.

Banker.az xəbər verir ki, sənaye sektorunda Sənaye İnam İndeksi yanvarda 16.1 bənd təşkil edib və dekabr ayındakı 16.3 bəndlə müqayisədə cüzi azalıb. Bu azalmanın əsas səbəbi hazır məhsul ehtiyatlarının və sifariş göstəricilərinin dinamikası ilə bağlıdır. Son üç ayda məhsul istehsalı 16.3-dən 16.1-ə düşsə də, ümumi göstərici yüksək səviyyədə qalmaqdadır. İstehsal gözləntiləri 22.3-dən 24.2-yə yüksəlib. Qiymət gözləntiləri isə dekabrın 1.5 səviyyəsindən yanvarda 14.0-a yüksəlib.

Tikinti sektorunda Tikinti İnam İndeksi dekabrda mənfi 8.5 bənd olduğu halda yanvarda mənfi 26.2 bəndə qədər kəskin azalıb. İcraya qəbul edilmiş sifarişlər mənfi 11.4-dən mənfi 25.9-a enib və işçi sayının dəyişməsi göstəricisi də mənfi zonada qalaraq mənfi 5.6-dan mənfi 26.5-ə qədər zəifləyib.

Pərakəndə ticarət üzrə İnam İndeksi dekabrda 27.7 bənddən yanvarda 25.9 bəndə enib. Faktiki satış göstəricisi 21.4-dən 23.1 bəndə yüksəlsə də, mal ehtiyatlarının dəyişməsi və qiymət gözləntilərində volatillik müşahidə olunub.

Xidmət sektorunda Xidmət İnam İndeksi dekabrın 20.2 bənd səviyyəsindən yanvarda 20.6 bəndə yüksəlib. Biznes şəraiti və tələb gözləntilərində artım müşahidə olunub. Faktiki tələb göstəricisi isə 17.0-dan 22.4-ə yüksələrək ən artımlardan birini nümayiş etdirib.

234234

Son xəbərlər
Digər xəbərlər