2022-ci ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 332 min manata yaxın əmək haqqı, müavinət və kompensassiya ödənişlərinin gecikdirildiyini müəyyən edib.
Banker.az xəbər verir ki, Xidmətdən verilən xəbərə görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.