11 C
Baku
Monday, November 18, 2024

Cari ilin 9 ayı ərzində Gürcüstanın xarici ticarətində $5.4 milyardlıq mənfi saldo yaranıb

Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 13.6 milyard ABŞ dolları təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35.3 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə xarici ticarətdə ixracın həcmi 37.4 faiz artaraq 4.97 milyard dollar, idxalın həcmi isə 34.4 faiz artaraq 9.5 milyard dollar təşkil edib.

Cari ilin 9 ayı ərzində Gürcüstanın xarici ticarətində 5.4 milyard dollar həcmində mənfi saldo yaranıb. Bu da xarici ticarət dövriyyəsinin 39.8 faizinə bərabərdir.

Keçən il xarici ticarətdə 1.32 milyard dollarlıq kəsir olub.

Bildirilir ki, pandemiya dövründə və sonrakı iqtisadiyyatın bərpa dövründə ticarət dövriyyəsində kəsir yaranması mütəmadi xarakter alıb.

Ümumiyyətlə isə Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra başqa ölkələrdən daha çox mal alıb.

Satılan malların həcmi isə az olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər