12 C
Baku
Saturday, November 23, 2024

Cari ilin ilk 6 ayında Azərbaycana giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının ərazisinə giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 231 min 350 nəfər olub.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin ilk 6 ayı ərzində ölkə ərazisinə giriş etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiya, Türkiyə və digər 187 ölkənin vətəndaşlarıdır.

Həmin dövr ərzində iş icazəsinin əldə edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin sayı isə 6 min 124 olub.

Bundan əlavə, cari ilin 6 ayı ərzində qaçqın statusunun verilməsi ilə bağlı 95 (ailə üzvü ilə birlikdə 154) əcnəbinin vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər