2024-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları təşkil etmişdir.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ticarət dövriyyəsinin 3 milyard 981.6 milyon dollarını və ya 61.9 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 446.6 milyon dollarını (38.1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 535 milyon dollar məbləğində müsbət saldo yaranıb. Öncəki aya qədər bu rəqəm 985.8 mln. dollar idi.
2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23.5 faiz, real ifadədə 15.0 faiz, o cümlədən idxal 19.9 faiz, ixrac isə 12.7 faiz azalıb.