20 C
Baku
Saturday, June 7, 2025

Cari ilin ilk rübündə dövlət büdcəsində 1.6 mlrd. manat profisit yaranıb

2025-ci ilin yanvar-mart aylarında cari ilin ilk rübündə dövlət büdcəsində 1 milyard 618,4 milyon manatlıq profisit yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artım deməkdir.

Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 8 milyard 115,0 milyon manat olub. Bu göstərici 2024-cü ilin ilk üç ayına nisbətən 3,5% azalıb.

 

Son xəbərlər
Digər xəbərlər