Azərbaycanda 2023-cü ilin son rübünə nəzərən hesabat dövründə ÜDM-in bütün (istehlak, investisiya, ixrac və dövlət alışları) komponentləri üzrə daxilolmalarda artım qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.
Cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ticari sektorda çəkili artıma ən çox töhfə verən fəaliyyət sahəsi elektrik enerjisi, qaz və buxar istehsalı, qeyri-ticari sektorda isə dövlət idarəetməsi olub.
2024-cü ilin birinci rübündə maliyyə axınları ötən illərin (2018-2023) səviyyələrindən yuxarıda qərarlaşmışıb.
Mərkəzi Bank bildirir ki, cari ilin yanvar-fevral ayları volatil dinamika ilə seçilmişdir.
Ümumilikdə 2024-cü ilin ilk iki ayı ərzində sahələrarası maliyyə axınları üzrə daxilolmalarda volatil dinamika müşahidə edilmişdir. Fevral ayının 3-cü ongünlüyündən başlayan sabitləşmə martın sonunda artımla əvəzlənmişdir.
Bütövlükdə, 2024-cü ilin birinci rübü ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7% və ya 2.8 mlrd. manat artaraq 24.8 mlrd. manat təşkil etmişdir.