11 C
Baku
Monday, November 25, 2024

Cari likvidlik (Current ratio)  əmsalı nədir?

Cari likvidlik əmsalı (Current ratio) – təşkilatın ödəniş qabiliyyətinin ölçüsü, cari (bir il) öhdəlikləri yerinə yetirmək imkanıdır. Kreditorlar bu əmsaldan təşkilatın hazır ki maliyyə vəziyyətini və onlar tərəfindən verilən qısa müddətli kreditlərin risklərini təyin etmək məqsədilə istifadə edirlər. Qərb təcrübəsində bu əmsal həmçinin “işçi kapitalı əmsalı” (working capital ratio) adı ilə də məşhurdur.

Əmsalın düsturu belədir:

Cari likvidlik əmsalı cari aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

Cari likvidlik əmsalı = Cari aktivlər / Qısa müddətli öhdəliklər

Hesablanma balans üzrə aparılır: düsturun sürəti mühasibatlıq balansının aktivindən, məxrəc isə passivindən götürülür..

Cari likvidlik əmsalı nə qədər yüksək olarsa, şirkətin aktivlərinin likvidliyi bir o qədər yüksək olar. 2 və daha çox olan əmsal normal, əksək hallarda isə optimal hesab olunur. Lakin dünya təcrübəsində sözügedən göstəricinin bəzi sahələr üçün 1,5-ə qədər enməsinə icazə verilir. Loru dildə 1.5 əmsalının mahiyyəti odurki, şirkətin 1 manatlıq öhtəliyini yerinə yetirmək üçün 1.5 manat pulu vardır.

Əmsal göstəricisinin normadan aşağı olması (1-dən aşağı) təşkilatın özünün cari öhdəliklərini yerinə yetirməkdə mövcud çətinliyinin olmasından xəbər verir. Lakin məsələni daha dəqiq şəkildə araşdırmaq üçün təşkilatın əməliyyat fəaliyyətlərindən əldə etdiyi pul vəsaitlərinin hərəkətinə nəzər yetirmək lazımdır. Adətən nağd pul vəsaitlərinin güclü axını aşağı dərəcəli əmsal ilə müşayiət edilir (məsələn, fast-food şəbəkələri və pərakəndə satışda).

Cari likvidlik əmsalının həddindən artıq yüksək olması da xoşagələn vəziyyət deyil. Çünki bu cari aktivlərdən və yaxud qısa müddətli kreditləşmədən kifayət qədər effektiv istifadə edilməməsini əks etdirə bilər. İstənilən halda, kreditorlar şirkətin sabit vəziyyətinin əlaməti olaraq daha yüksək əmsal göstəricisi ilə qarşılaşmağa üstünlük  verirlər.

Son xəbərlər
Digər xəbərlər