21 C
Baku
Monday, April 29, 2024

Carl Icahn – “korporativ soyğunçu”

Doğum tarixi: 16.02.1936-cı il
Doğum yeri: Bruklin, Nyu-York, ABŞ
Vətəndaşlığı: ABŞ

Carl Icahn ABŞ, Nyu-Yorkda doğulub böyüyüb. Onun atası orta sinif vəkil, anası isə müəllimə idi. Heç təəccüblü deyil ki, o mükəmməl təhsil alıb məktəbi bitirir və Prinston universitetinə daxil olur. Carl 1961-ci ildə broker olaraq işləməyə başlayır və artıq 5 ildən sonra öz biznesi ilə məşğul olurdu.

1979-cu ildə Carl öz ilk şirkətini əldə etməyə cəhd etdi. O elektrik plitələri istehsal edən bir şirkətin yarısını əldə edir və daha sonra rəhbərliyi şirkəti isveç rəqiblərinə satmağa razı salır. Müqavilənin nəticəsində o səhmdar olaraq 3 milyon dollar qazanır.

O məşhur investor və biznesmen idi və sərvətinin demək olar ki, hamısını bir şirkəti əldə edib daha sonradan satmaqla əldə etmişdi.  Bir çoxları onu “korporativ soyğunçu”, yaxud “imperiya səhmdarı” adlandırırdı. Onun fəaliyyətinin əsası istənilən metodlarla pul qazanmaq idi.

1980-ci illərdə Carl TWA (Trans World Airlines), USX (United States Steel Corporation) və Texaco neft şirkətindən külli miqdarda gəlir əldə edir.

1982-ci ildə Carl Marshall Field şirkətinə doğru istiqamətlənir. Şirkət İngiltərədən olan qlobal ticarət təşkilatı ilə birləşdirilir və nəticədə o yüzlərlə milyon dollar qazanır. Bundan daha sonra sıra Anchor Hockings, American Can, Owen-Illinois və digər şirkətlərə gəlir. O hər dəfə eyni plan üzrə hərəkət edirdi.

O bu gün də nəhəng və aparıcı şirkətlərdən böyük hissələr alır, təşkilatın idarə edilməsində bir sıra islahatlar aparır və rəhbərliyi şirkəti ya bütünlükdə, ya da bir hissəsini satmağa məcbur edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər