12 C
Baku
Monday, November 25, 2024

Çarli Çaplinin həyat prinsipləri

İnsan gənc olanda hər bir insanın həyatının mənası haqqında fikirləşir; o cəmiyyəti sevir onun hər bir üzvünün taleyi haqqında fikirləşir. Lakin qocalığın gəlməsi ilə insan daha çox özünü sevməyə, öz həyatı haqqında fikirləşməyə, özü ilə, keçmişi və indisi ilə fəxr etməyə başlayır.

Dostoyevskinin dediyi kimi “hamını sevmək hər şeydən asandır, lakin birini və ya hətta təkcə özünü sevmək elə də asan deyil”.

70 illiyində Çarli Çaplinin (Charlie Chaplin) özünə sevgi barəsində fikirləri

Mən özümü sevəndə başa düşdüm ki, kədər və əzab insanın öz doğrularına zidd həyat sürdüyü barədə xəbərdaredici siqnaldır.

Bu gün mən artıq bilirəm ki, bu “Özün kimi olmaq” nə deməkdir.

Mən özümü sevəndə başa düşdüm ki, uyğun olmayan anda, hələ vaxtı yetişməmiş və insan hələ özünü hazır hiss etməyəndə öz şəxsi arzularını zorla onun boynuna qoymaq onu necə incidə bilər və bu insan mən özüməm. Bu gün mən bunu “ÖZÜNƏ HÖRMƏT” adlandırıram.

Özümü sevəndə mən artıq başqa bir həyat arzulamaqdan vaz keçdim və birdən mən gördüm ki, məni indi əhatə edən həyat mənə artım üçün lazım olan bütün imkanları təqdim edir.

Bu gün mən bunu “YETKİNLİK” adlandırıram.

Mən özümü sevəndə anladım ki, istənilən bir halda və şəraitdə mən düzgün zamanda, düzgün yerdə oluram və hər şey çox düzgün məqamda baş verir. Mən həmişə sakit və rahat ola bilərəm.

İndi mən bunu “ÖZÜNƏ ƏMİNLİK” adlandırıram.

Özümü sevəndən sonra, mən daha öz vaxtımı oğurlayaraq, böyük gələcək proyektlər haqqında düşünməkdən imtina etdim. Bu gün mən yalnız mənə sevinc bəxş edən və məni xoşbəxt edən işləri edirəm və bu, mənim ürəyimi də gülməyə sövq edir.

Mən bunu öz istədiyim qaydada və öz ritminə uyğun şəkildə edirəm.

Bu gün mən bunu “SADƏLİK” adlandırıram.

Özümü sevəndən sonra, mən sağlamlığa zərər yetirən hər şeydən qurtuldum –qidalar, insanlar, əşyalar, situasiyalar. Məni aşağı dartan və ya özüm yolumdan kənarlaşdıran hər şeydən vaz keçdim.

Bu gün mən bunu “ÖZÜNƏ QARŞI SEVGİ” adlandırıram.

Mən özümü sevəndən sonra, həmişə haqlı olmaqdan da əl çəkdim. Məhz bundan sonra mən getdikcə daha az və daha az səhv yol verirdim. Bu gün mən başa düşdüm ki, bu ”TƏVAZÖKARLIQDIR”.

Mən özümü sevəndən sonra, daha nə keçmişlə yaşayır, nə də gələcəyə görə narahat olmuram. Bu gün mən yalnız indiki anlarla yaşayır və bunu “ZÖVQ ALMAQ” adlandırıram.

Mən özümü sevəndən sonra dərk etdim ki, mənim ağlım mənə mane ola bilər və hətta ona görə xəstə düşmək də olar. Amma mən onu öz ürəyim ilə bağlaya biləndə, o, dərhal mənim ən dəyərli tərəfdaşıma çevrildi.

Bu gün mən bunu «ÜRƏYİN MÜDRİKLİYİ » adlandırıram.

Biz daha özümüz-özümüzlə mübahisədən, qarşılaşmaqdan, ziddiyyət və təzadlarda, özümüz və digərləri ilə yaşadığımız problemlərdən qorxmalı deyilik. Hətta ulduzlar belə toqquşur və bu toqquşma nəticəsində yeni dünyalar yaranır.

Bu gün mən bilirəm ki, bu “HƏYATDIR”.

Son xəbərlər
Digər xəbərlər