11 C
Baku
Monday, November 25, 2024

“Carlsberg” Azərbaycanda investisiya və istehsalı artırmağı planlaşdırır

Danimarkanın “Carlsberg Group” pivə istehsalı korporasiyası 2008-ci ildən indiyədək Azərbaycanda 160 mln. manat investisiya yatırıb.

Bu barədə “Carlsberg” brendinin yaranmasının 175 illiyinə həsr olunmuş tədbirdə “Carlsberg Azərbaycan” şirkətinin yeni Baş direktoru Alius Antulis jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə imzalanmış memoranduma əsasən, şirkət Azərbaycanda 2025-ci ilədək 25 mln. manat investisiya yatıracaq. Qeyd olunan vəsait şirkətin ölkədəki portfelinin inkişafına və istehsal zamanı istifadə olunan məhsulların lokallaşdırılmasına yönəldiləcək.

“Hazırda bizim üçün ən vacibi odur ki, bütün məhsullar – xammal və lazımi materiallar Azərbaycanda istehsal olunsun”, – Alius Antulis bildirib.

O əlavə edib ki, hazırda şirkət tərəfindən istifadə olunan xammal və materialların 90%-i Azərbaycanda istehsal olunur və məqsəd 2023-cü ildə bu göstəricini 100%-ə çatdırmaqdır.

Onun sözlərinə görə, “Carlsberg Azərbaycan” şirkətinin ixracla bağlı da böyük planları mövcuddur. Belə ki, şirkətin 2023-cü ildən Gürcüstana ixracın başlanılması ilə konkret planları var: “Bizim strategiyamız – ən yaxınlardan (ölkələrdən – red.) başlayaraq, ixracı inkişaf etdirməkdir”.

İstehsal həcmlərindən söz açan Alius Antulis vurğulayıb ki, gələn il “Carlsberg Azərbaycan” istehsalı 20-25% artırmağı nəzərdə tutur. Bu il şirkət Azərbaycanda 400 min. hektolitr məhsul istehsal etməyə planlaşdırır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər