Danimarkanın pivə istehsalı şirkəti “Carlsberg Group” yazın sonuna qədər Rusiyadakı biznesini satmağı planlaşdırdığını açıqlayıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Daha altı ay vəzifədə qalaraq, komandam və mən 2023-cü il üçün çətin planlarımızı həyata keçirməyə davam edə və yaya qədər Rusiya biznesinin satışını başa çatdıra biləcəyik”, – deyə şirkətin keçmiş CEO-su Kees t’Hart yazıb.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Kees t’Hart səkkiz il “Carlsberg”in baş direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin üçüncü rübünün sonundan gec olmayaraq vəzifəsini tərk edəcək. Yaxın vaxtlarda şirkətin baş direktoru postunun varisinin açıqlanacağı gözlənilir.