17 C
Baku
Wednesday, October 5, 2022

“Carlsberg” Rusiyadan getməklə $630 mln. itirib

Danimarkanın pivə istehsalı korporasiyası “Carlsberg Group”un 2022-ci ilin birinci yarısında Rusiyanı tərk etməsi, digər ölkələrdə satışların artmasına baxmayaraq, onun üçün 630 milyon dollar itki ilə nəticələnib. Bu rəqəmlər şirkətin bu ilin ilk altı ayı üzrə çərşənbə günü dərc olunan hesabatında verilib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bildirilir ki, Pivə satışı keçən ilin eyni dövründəki 28,7 milyard krondan (müvafiq olaraq 4.84 milyard dollar və 3.93 milyard dollar) ilin birinci yarısında 35.4 milyard krona yüksəlib. “Carlsberg”in bu maddə üzrə mənfəəti vergi çıxıldıqdan sonra demək olar ki, 4 milyard kron (550 milyon dollar) təşkil edib.

Mart ayında “Carlsberg” Rusiya bazarını tərk etmək qərarına gəlib. Bu, milyardlarla kron itki ilə nəticələnib, çünki korporasiya biznesini əvvəlki qiymətə sata bilməyəcəyini gözləmir.

Son xəbərlər
Oxşar xəbərlər