10 C
Baku
Thursday, December 12, 2024

“Carlsberg” sərinləşdirici içkilər istehsalçısı “Britvic”i 3.3 mlrd. funt sterlinqə alır

“Carlsberg Group”un Böyük Britaniya qolu yerli sərinləşdirici içkilər istehsalçısı “Britvic”i almağa razılaşdığını elan edib. Məlumata görə, müqavilənin dəyəri 3.3 milyard funt sterlinq təşkil edir.

“Carlsberg”in ilk təklifi 21 iyunda “Britvic” rəhbərliyi tərəfindən rədd edilib. O zaman şirkət “Britvic”ə 3.1 milyard funt sterlinq təklif etmişdir.

“Britvic” 1930-cu illərin əvvəllərində “British Vitamin Products Company” vitaminli məhsulların istehsalçısı kimi təsis edilmişdir. 1938-ci ildə istehlakçıları vitaminlərlə təmin etmək üçün sərfəli üsul kimi “Britvic” brendi altında meyvə şirələrinin istehsalına başlanılıb.

Şirkətin portfelinə hazırda yüzlərlə ölkədə satılan 39 brend daxildir. Şirkət həmçinin “Pepsi Max”, “7UP”, “Rockstar Energy” və “Lipton Ice Tea” istehsal etmək və satmaq üçün Böyük Britaniya və İrlandiyada “PepsiCo”dan eksklüziv lisenziyaya malikdir.

“Carlsberg” ilə müqavilənin elanından sonra “Britvic” səhmləri 5% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər