13 C
Baku
Monday, September 30, 2024

Çarlz Cemys Nepier – hazırcavab komandir

Hindistanda min ildən çox davam edən “sati” adlı ayin mövcud idi. Bu ayin dul qalmış qadını dünyasını dəyişmiş həyat yoldaşı ilə birgə dəfn tonqalında yandırmaq idi. Hollandiyalı və ingilislər də bu ayinlə mübarizə aparmışlar.

Bir dəfə hind kahinləri ingilis komandir ser Çarlz Ceym Nepierə yaxınlaşaraq öz şikayətlərini bildirirlər. Onlar Britaniya qüvvələrinin onların artıq min illərdir həyata keçirdikləri və milli ənənə halını almış ayini keçirmələrinə mane olduqlarını bildirir və bu vəziyyətdən narazı olduqlarını deyirlər.

Komandir onlara belə cavab verir:

“Siz deyirsiniz ki, dul qadınların yandırılması sizin ənənənizdir. Əla. Bizim də belə bir ənənəmiz var. Qulaq asın: Kişilərqadını canlı olaraq yandırdıqda, biz də ip götürür, onları həmin kişilərin boynuna dolayır və dar ağacından asırıq. Öz dəfn tonqallarınızı qalayın. Biz də öz dar ağaclarımızı quraq. Siz öz ənənənizi həyata keçirin, biz də öz ənənəmizi”.

Son xəbərlər
Digər xəbərlər