Çarlz Darvinin şəxsi düşüncələri

Mən axmaq eksperimentləri sevirəm. Özüm də tez-tez belə eksperimentlərdən edirəm.

Cəhalət bilikdən daha çox əminlik yaradır. Məhz az biliyə sahib olan insanlar bir çox problemin həllində kifayət qədər biliyə sahib olan insanlardan daha əminliklə danışırlar.

Meymun cəmi bir dəfə içkinin dadına baxdıqdan sonra bir daha ona yaxın durmur. Və beləliklə o bir çox insanlardan müdrik olduğunu sübut edir.

Mən Şekspiri oxumağa cəhd etdim və o mənə çox darıxdırıcı, dözülməz təsir bağışladı.

  • Uşaq vaxtı mən tez-tez ətrafdakıların diqqətini qazanmaq və onları təəccübləndirmək üçün cəfəngiyatlar uydururdum. Məsələn, bir dəfə, mən atamın bağından yetişmiş ləzzətli meyvələri dərdim və kolluqda gizlətdim. Daha sonra sürətlə qaçıb hər kəsə bildirdim ki, oğurlanmış meyvələr anbarı tapmışam.
  • Əgər həyatımı yenidən yaşaya bilsəydim heç olmasa həftədə bir dəfə şeirlər oxumağa və mahnılara qulaq asmağa zaman ayırardım.
  • Sonu qəmli bitən romanları qadağan edən qanunun olması yaxşı olardı. Mənim zövqümə görə əgər əsərdə həqiqətən də sevilə biləcək bir qəhrəman yoxdursa bu romanı birinci dərəcəli adlandırmaq olmaz. Xüsusən də baş qəhrəman gözəl bir qadın deyilsə.
  • İnsanların yavaş sürətli inkişafı necə də alçaldıcıdır.
  • Deyirlər ki, ov – insanların instinktiv həvəslərinin qalığı olan anadangəlmə insani zövqdür. Əgər bu belədirsə, onda təmiz havada, açıq səma altında yaşamaqla kifayətlənmək də eyni hissin, vəhşilik hissinin bir parçasıdır.
  • Vəhşi insanlarla mədəni insanlar arasında əsas fərq vəhşi heyvanla əhliləşdirilmiş heyvan arasındakı fərqə bərabərdir. Və bu vəhşi insanı izləmək Afrikanın cəngəlliklərində, vəhşi səhralarında yırtıcı heyvanları izləmək qədər maraqlıdır.
  • Heyvanlarda sosial instinktlər olduğu kimi, bizdə də vicdan hissi var. Mən həqiqətən hesab edirəm ki, biz və heyvanlar demək olar ki, eyniyik. İnsan yəqin ki, heyvan adətlərinə malik, ağaclarda yaşayan, tüklü, quyruqlu, dörd ayaqlı canlılardan əmələ gəlib. Təəccüblüdür ki, belə bir təəssüratı məndə Kembridcdə tutduğum bir böcək yaratmışdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.