Çarlz Tayson Yerks (Charles Tyson Yerkes; 25.06.1837- 29.12.1905) Çikaqo və Londonda ictimai nəqliyyatın inkişaf etməsində mühüm rol oynamış amerikalı maliyyəçidir.
Onun həyatı yazıçı Teodor Drayzerin “Maliyyəçi” və “Titan” əsərlərinin əsasını təşkil etmişdi.
Çarlz Tayson Yerks 1837-ci ilin 25 iyununda Filadelfiyanın yaxınlığında yerləşən Norten Libertiz (Northern Liberties) rayonunda anadan olmuşdu. Çarlzin beş yaşı olarkən onun anası vəfat etmişdi. Filadelfiya Mərkəzi ali məktəbinin iki illik kursunu bitirdikdən sonra 17 yaşlı Yerks biznes karyerasına taxıl komissiya bürosunda məmur çalışaraq başlayır. 1865-ci ildə o, bank işində irəliləyir.
Atasının əlaqələri və maliyyə sahəsində öz şəxsi uğurları sayəsində Yerks yerli cəmiyyətdə və maliyyə alımində məşhurlaşır. Qeyd edək ki, onun atası bankın idarə heyətinin başçısı idi.
Yerks artıq ali Filadelfiya cəmiyyətinə daxil olmağa hazırlaşırdı, lakin bir bəla baş verir.
Yerks Cozef Merserin maliyyə agenti çalışdığında Filadelfiyanın şəhər xəzinədarı ictimai pullarını böyük birja spekulyasiyalarına qurban edir. Böyük Çikaqo yanğını birjada panika yaradır və Yerksin müflis olmasına səbəb olur. Müflisləşən və şəhərə borcunu qaytara bilməyən Yerks 33 aylıq həbs cəzasına məhkum olur. Həbsxanadan çıxmaq üçün Yerks iki əhəmiyyətli siyasətçiləri şantaj edir, lakin onun bu cəhdi uğursuzluqla bitir. Lakin buna baxmayaraq siyasətçilərin nüfuzuna mənfi təsir edən məlumat ictimaiyyətə açıqlanmışdı.
Qarşıda seçkilərin olmasından qorxan siyasətçilər Yerksə söz verirlər ki, əgər o, öz bəyanatlarını məhkəmədə dansa, onlar Yerksi həbsxanadan qurtaracaqlar. Yeddi ay həbs həyatı yaşayaraq Yerks azadlığa qovuşur.
Həyatının qalan 10 ilini Yerks yenidən sərvət qazanmağa sərf edir.
1881-ci ildə Yerks 22 il bir yerdə yaşadığı həyat yoldaşından boşanmaq üçün Dakotaya gedir.
Daha sonra o, iyirmi dörd yaşlı Mariya Adelaida Mur ilə evlənir və Çikaqoya köçür.
O, makler və taxıl komissiya bürosu açır, lakin qısa bir zamandan sonra şəhərin ictimai nəqliyyat sisteminin fəaliyyətinə cəlb olunur. 1886-cı ildə Yerks və onun tərəfdaşları bir sıra maliyyə sazişlərindən istifadə edərək Şimali Çikaqo şəhər dəmir yolunu işğal edirlər. Daha sonra o, bir birinin ardıyca dəmir yollarını işğal etməyə başlayır. Bir müddətdən sonra isə şəhərin şimal və qərb hissələrində şəhər nəqliyyatına nəzarət edirdi. Buna baxmayaraq, Yerks öz məqsədinə -Çikaqonun ictimai nəqiyyatında monopoliyaya – nail ola bilmir. O, cənub Çikaqo nəqliyyatına nəzarəti ələ ala bilmir. Yerks məqsədinə çatmaq üçün heç vaxt nə rüşvət almaqdan, nə də kimisi satın almaqdan çəkinməmişdi.
Öz pis ictimai nüfuzunu yaxşılaşdırmaq üçün Yerks 1892-ci ildə dünyanın ən böyük teleskopunun tikilməsinə sponsorluq etmək qərarına gəlir. İlkin olaraq o, yalnız teleskopun tikilməsinə sponsorluq etməyi düşünürdü, lakin daha sonra bütün rəsədxananın tikilməsinə vəsaitlər ayırır. Yerks bu işə 300 min dollara yaxın pul yatırır. Rəsədxana Yerksin adını daşıyır. 1895-ci ildə Yerks tramvay yolunda güzəştlər uzadılması ilə bağlı kampaniyaya başlayır. Yerks qubernator Con Piter Altgeldə onu dəstəkləmək üçün rüşvət təklif edir.
Lakin Altgeld rüşvətdən imtina edir və güzəştlərin uzadılması layihəsinə qadağa qoyur.
Yerks 1897-ci ildə yenidən kampaniyanı irəli sürür və uzun sürən mübarizələrdən sonra İllinoys ştatının qanunverici orqanından şəhər şuralarına uzun müddətli güzəştlərin verilməsi qanunun çıxarılmasına nail olur. Yerks “Güzəştlər uğrunda müharibə”ni
Çikaqonun şəhər şurasında tətbiq etməyə başlayır. Adətən Yerks Çikaqoda hər zaman qalib gəlirdi. Lakin Çikaqonun şəhər şurasında islahatlar baş verir və ona artıq mer Karter Xarrson başçılıq edirdi. Mer Yerksin layihəsini qəbul etmir.
1899-cu ildə Yerks Çikaqo nəqliyyat şirkətlərinində olan səhmlərinin böyük bir hissəsini satır və Nyu- Yorka köçür.
1900-cü ilin avqust ayında Yerks Londonda yeraltı dəmir yolları sisteminin – London metropoliteninin – inkişafında iştirak etmək qərarına gəlir. O, Metropolitan District Railway və hələ tikilməmiş metro xətləri (Baker Street & Waterloo Railway, Charing Cross, Euston and Hampstead Railway and Great Northern, Piccadilly and Brompton Railway) üzərində nəzarəti ələ alır.
Yerks maliyyə sxemlərini istifadə edərək yeni xətlərin və District railway elektrikləşdirmənin tikintisi üçün maliyyə cəlb edir. Yerksin ən son uğurlarından biri Morqana London metrosu biznesinə daxil olmasına maneə olmaqdan ibarət idi.
Yerks 1905-ci ildə böyrək çatışmazlığından 68 yaşındaykən vəfat etmişdi. Həmin dövrdə Londonda heç bir layihə yekunlaşmamışdı, lakin tikinti işləri başlamışdı və davam edirdi.
İlkin olaraq Yerksin sərvəti 22 milyon dollarlıq qiymətləndirilirdi, lakin onun ölümündən sonra Yerksin çox saylı borcları olduğu üçün onun bir milyondan az sərvəti qalır.