Rusiyadakı biznesini satmaq qərarı ilə əlaqədar Danimarkanın pivə istehsalçısı 2Carlsberg” təxminən 1.39 milyard dollar itirib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Şirkət qeyd edir ki, Ukrayna ətrafında yaranmış vəziyyət ölkədə xeyli sayda müştəri və satış məntəqəsinə mənfi təsir göstərib. Martın sonunda “Carlsberg” Rusiyadakı biznesini satacağını açıqlayıb.
“Carlsberg”in press-relizində deyilir ki, Ukraynadakı müharibə ölkədəki müştərilərin və satış məntəqələrinin sayına mənfi təsir edib. Bu, ticarət debitor borclarının, köhnəlmiş avadanlıqların və kommersiya aktivlərinin təxminən 300 milyon Danimarka kronu (43.5 milyon ABŞ dolları) itirməsi ilə nəticələnəcək. Bundan əlavə, Mərkəzi və Şərqi Avropada təxminən 700 milyon Danimarka kronu (101.6 milyon ABŞ dolları) məbləğində qeyri-maddi aktivlərin silinməsi gözənilir.
Həmçinin şirkətin bəyanatından belə çıxır ki, Rusiya müəssisəsinin satılması prosesi bir ilə qədər ləngiyə bilər. Rusiya biznesinin satışı “qrupun maliyyə hesabatlarının təqdimatı üçün çoxsaylı təsirlərə malik olacaq”.
Bundan əvvəl “Carlsberg” Rusiyaya yeni investisiyalar və məhsulların ixracını, həmçinin Rusiya bazarında reklamı dayandırmışdı. O, ölkədə öz brendi ilə pivə istehsalını da dayandırıb.
Şirkət rəhbərliyi bu qərarını “indiki vəziyyətdə” biznes sahibi olmağın mümkünsüzlüyü ilə izah edib. “Carlsberg”ə məxsus olan “Baltika” zavodları yeni sahibi ilə sövdələşmə başa çatana qədər fəaliyyətini davam etdirəcək.