25 C
Baku
Friday, June 14, 2024

CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb

“Asiya-Sakit okean regionu ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.

Konteynerlər Türkmənbaşı limanından Bakı limanına “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC -yə məxsus “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.

Qeyd edək ki, konteyner qatarı uzunluğu 4000 km-dən çox olan “Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Bolqarıstan/Avropa” marşrutu üzrə hərəkət edəcək.

Mis konsentrantı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək. Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.

Məlumat üçün bildirək ki, layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan),  TULM ASC (Türkmənistan), “ADY Konteyner” MMC (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə  əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər