1 C
Baku
Saturday, December 14, 2024

“Cash by Code” xidməti indi Mobil Şöbədə

ATM-dən vəsait çıxartmaq istəyirsiniz, lakin kartı unutmusunuz? Yaxınlarınıza təcili, çox qısa müddətdə pul  lazımdır, amma Siz bunu necə edəcəyinizi bilmirsiniz? Bank Respublika bütün bu halların həlli üçün sizə Cash by Code xidmətini təklif edir!

Ölkəmizdə elektron bankçılıq üzrə lider bank adını qazanmış Bank Respublika, “Cash by Code” xidmətini özünün “Mobil Şöbə” əlavəsinə də əlavə etdi. Artıq Siz, bu xidmət vasitəsilə bank kartından istifadə etmədən xüsusi kod vasitəsilə pul vəsaitlərini bankomatdan tez, rahat və təhlükəsiz şəkildə alınması imkanını əldə edəcəksiniz.

Xidmətdən istifadə etmək üçün, Mobil Şöbə menyusundan Cash by Code düyməsini seçib, məbləği və valyutanın növünü daxil etmək lazımdır. Bundan sonra ekranda görünəcək kodu pulu alacaq şəxsə bildirmək tələb olunur.

Cash by Code vasitəsilə maksimal göndəriləcək məbləğ – 1000 AZN-dir.Pulu almaq üçün Bank Respublika ATM-lərində, eləcə də istənilən Azəricard ATM-lərində Cash by Code düyməsini seçib, göndərilmiş kodu  daxil etmək kifayətdir.

Cash by Code vasitəsilə pul göndərmək və ya almaq üçün xüsusi koddan istifadə edilir. Həmin kodlar 24 saat ərzində aktiv olur. Əməliyyat üzrə göndərilən pul vəsaiti 24 saat ərzində alınmazsa, vəsait köçürməni göndərən şəxsin hesabına avtomatik olaraq geri qaytarılır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər