15 C
Baku
Saturday, October 19, 2024

Cash, Gold, Diamond: Bitcoin adında növbəti kriptovalyuta peyda oldu

24 noyabrda Bitcoin şəbəkəsində bir qrup anonim təşəbbüskar tərəfindən Bitcoin Diamond yaradılıb.

Banker.az xəbər verir ki, layihənin Twitter hesabında hardforkun 495866 blokunda baş tutduğu və yeni kriptovalyutanı artıq OKEx, CEX.com da daxil olmaqla 28 birjanın dəstəklədiyi barəsində məlumat yerləşdirilib. Sözügedən bu kriptovalyuta BCD tikeri altında hərracda iştirak edir.  

Bitcoin Diamond yaradıcılarının şəxsiyyəti məlum olmasa da, onların üç nəfər olduğu bəllidir: “EVEY”, “007” və hətta ləqəbini belə gizlədən üçüncü bir şəxs.

BCD yaradıcılarının sözlərinə görə, Bitcoin Diamond ilk kriptovalyutadan 10 dəfə artırılmış maksimum emissiya həcmi (8 Mb ölçülü blok) ilə fərqlənir.

Son xəbərlər
Digər xəbərlər