“Caspel” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kredaqro BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Caspel” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır, qanuni təmsilçisi Hidayət Həsənovdur.