20 C
Baku
Saturday, October 12, 2024

“Caspian Bank Development” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv olub

“Caspian Bank Development” ASC fevralın 4-dən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olub. Bununla da Fonda üzv olan bankların sayı 43-ə çatıb.

ƏSF-dən  bildiriblər ki, fonda üzv olan hər bir banka şəhadətnamə verilir. Bu şəhadətnamələr banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. Ötən ilin mayından qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 9 faizdir. Bundan yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 min manat məbləğində kompensasiya ödənilir.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər