“Caspian Development Bank” (CDB) ASC Gürcüstanın aktivlərinin həcminə görə ən böyük bankı olan “Bank of Georgia” ilə müxbir münasibətləri yaradıb.
Müxbir hesablara əsasən, bankın müştəriləri üçün geniş bankçılıq xidmətləri təqdim ediləcək və xarici valyutalar üzrə (ABŞ dolları, avro, Britaniya funt sterlinqi) xidmətlər daha operativ həyata keçiriləcək.
Qeyd edək ki, bankın qarşısında duran prioritet məsələlərdən biri də müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır.