6 C
Baku
Saturday, December 14, 2024

Caspian Development Bank beynəlxalq pul köçürmələri sisteminə qoşuldu

“Caspian Development Bank” (CDB) “Zolotaya korona” beynəlxalq pul köçürmələri xidmətinə qoşulub.

Banker.az məlumat verir ki, bankın müştəriləri “Zolotaya korona” sistemi vasitəsilə üç valyutada – rus rublu, ABŞ dolları və avroda pul köçürmələri həyata keçirə biləcəklər.

Bu ödənişləri sərfəli tariflərlə – 1%-dən başlayaraq (tranzaksiyanın məbləği və istiqamətindən asılı olaraq) həyata keçirmək mümkündür (bankın və “Zolotaya korona” ani pul köçürmələri xidmətinin saytlarında daha ətraflı məlumatla tanış olmaq olar).

Son xəbərlər
Digər xəbərlər