22 C
Baku
Monday, May 27, 2024

“Caspian Development Bank” ” -“İslam Bankçılığından beynəlxalq bankçılığa gedən yol”

Bu ilin ilk ayından etibarən, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Kövsər Bank”-ın  adının dəyişib “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərməsi üçün lisenziya verilmişdir.

Yəni, göründüyü kimi bank əvvəl KövsərBank adı ilə fəaliyyət göstərib.  Artıq Caspian Development Bankı ilə fəaliyyətini davam etdirən bank 1988-ci ildə “Universal Bank” adı ilə  bank sektoruna daxil olub. Azərbaycanda İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən ilk, MDB ölkələrində isə ikinci bankdır. Adını dəyişdikdən sonra İslam Bankçılıq sisteminə əsasən deyil, beynəlxalq bankçılıq standartlarına uyğun fəaliyyət göstərəcək.

Bankın yeni lisenziyasına əsasən, Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC, milli və xarici valyutada, fiziki və hüquqi şəxslərə xidmət göstərəcək. Bank müştərilərə aşağıdakı xidmətləri həyata keçirmək hüququna malikdir:

  • Depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək,
  • Öz adından və öz hesabına kreditlər vermək,
  • Müştərilərin tapşırığı ilə pul köçürmə,
  • Hesablaşma-kassa əməliyyatlarını və s.

Hal-hazırda, bankın fəaliyyət göstərilməsi üçün 2 filial lisenziyası mövcuddur, biri Bakı şəhərində digəri isə Bərdə şəhərində yerləşəcək. Bank rebrendinq olduğu üçün bu lisenziyaların yenilənməsi üzrə işlər gedir. Bankın strateji inkişaf planına uyğun olaraq 3 il ərzində 15 filial açılması planlaşdırılır.

Bankın maliyyə göstəriciləri isə aşağıdakı kimidir:

  • Bankın aktivləri – 62,2 mln. AZN
  • Bankın məcmu kapitalı – 50,5 mln. AZN
  • Bankın kredit portfeli – 41,5 mln. AZN
  • Bankın vaxtı keçmiş kreditləri – 0 AZN

Qeyd edək ki, bu rəqəmlər 18 fevral 2015-ci il tarixinə aiddir.

Hazırda bankın kredit və depozit xidmətləri aktivdir və müştərilər banka istənilən zaman müraciət edə bilərlər. Plastik kartlar sahəsində MasterCard ödəniş sisteminə qoşulmaq üzrə işlər gedir və yaxın 2-3 ay ərzidə bankın öz  kartlarının emissiyasına başlanılacaqdır.

Onu da qeyd edək ki, 1 fevral tarixindən etibarən start verdiyi müsabiqənin nəticələrindən sonra bank yeni logo ilə fəaliyyət göstərəcək. Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları və qeyri rezidentlər iştirak edə bilərlər. Bankın qoyduğu şərtlərinə əsasən, qalib elan edilən iştirakçı   1000 AZN dəyərində mükafatlandırılacaqdır. 29 ferval tarixində yekunlaşan müsabiqənin nəticələri isə 7 mart tarixində açıqlanacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər