“Caspian Energy Club”, TÜİB və ATİB arasında Anlaşma Memorandumu imzalanıb

“Caspian Energy Club” (CEC), “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiyada baş tutub.

Sənədi CEC adından Telman Əliyev, TÜİB tərəfindən İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, ATİB adından isə İdarə Heyətinin sədri Cemal Yanğın imzalayıblar.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər