9 C
Baku
Monday, November 18, 2024

“Caspian Equipment Company” 100 min manatlıq səhm buraxır

“Caspian Equipment Company” ASC hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd adi adlı sənədsiz səhmlər buraxacaq.

Bnaker.az xəbər verir ki, bununla bağlı Emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilib.

Şirkət yüngül avtomobillər və ağır texnika üçün müxtəlif markalı və yüksək keyfiyyətli mühərrik yağları və sürtgü yağlarının, akkumulyator və avtomobil şinlərinin, filtrlər və digər ehtiyat hissələrinin iri korporativ və orta həcmli satış nöqtələrinə satışı (distribusiyası) ilə məşğuldur.

Şirkətin satış fəaliyyəti bütün Azərbaycan ərazisini əhatə etdiyi üçün də gəlirləri bütün Azərbaycan ərazisində formalaşır. Emitent Azərbaycanda “LukOil”, “KİXX” mühərrik və sürtgü yağları, həmçinin “WestLake” şinlərinin rəsmi satış təmsilçisidir.

Şirkətin hazırda 100 000 manat nizamnamə kapitalı var və səhmlərin 100 faizi Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.

“Caspian Equipment Company”nin təklif etdiyi xidmətlər üzrə 2022-ci ildə 15.45 mln. , 2023-cü ildə 19.48 mln., 2024-cü ilin ilk altı aylıq dövründə isə 6.83 mln. manat gəlir əldə edib. Hansı ki, göstərilmiş bu gəlirlərdən 2022-ci il üzrə 8.46 mln. manat, 2023-cü il üzrə 11.07 mln. manat, həmçinin 2024- cü ilin ilk altı aylıq dövründə 2.38 mln. manat texnika üzrə satışlardan əldə edilib.

 

Son xəbərlər
Digər xəbərlər