8 C
Baku
Monday, November 18, 2024

“Caspian Equipment Company”nin gəlirləri yarımillikdə 40%-ə yaxın azalıb

“Caspian Equipment Company” ASC 2023-cü ili 697 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə ASC-nin mənfəəti 371 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Caspian Equipment Company” ASC əsas əməliyyat gəlirləri 19 milyon 480 min manat (əvvəlki ilə nisbətən 26% çox), satışın maya dəyəri 16 milyon 711 min manat (22% çox) təşkil edib.

2024-cü ilin 1-ci yarısında isə ASC-nin mənfəəti illik müqayisədə 66% artaraq 664 min manat, əsas əməliyyat gəlirləri isə 39% azalaraq 6 milyon 832 min manat olub.

Şirkət yüngül avtomobillər və ağır texnika üçün müxtəlif markalı və yüksək keyfiyyətli mühərrik yağları və sürtgü yağlarının, akkumulyator və avtomobil şinlərinin, filtrlər və digər ehtiyat hissələrinin iri korporativ və orta həcmli satış nöqtələrinə satışı (distribusiyası) ilə məşğuldur.

 

Son xəbərlər
Digər xəbərlər