8 C
Baku
Friday, January 10, 2025

“Caspian Equipment Company”nin yeni səhmərini bir investor alıb

22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Caspian Equipment Company” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az bunu Bakı Fond Birjasına istinadən xəbər verir.

Cəmi bir investor şirkətin yeni səhmlərinə müştəri çıxıb.

Xatırladaq ki, hazırda şirkətin səhlərinin 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.

Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı 22-24 oktyabr 2024-cü il tarixi aralığında baş tutmuşdur. Səhmlər üzrə yerləşdirmə 25 oktyabr 2024-cü il tarixində yekunlaşmışdır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Caspian Equipment Company” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1001021455
Səhmlərin növü və forması Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı 100 (ədəd)
İlkin ticarət qiyməti 1,000 manat
Buraxılış həcmi 100,000 manat
Hərrac qiyməti 1,000 manat
Reallaşdırılmış həcm 100,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 100,000 manat
İnvestor sayı 1
Sifariş sayı 1
Anderrayter “CPM-İnvest İ.Ş” ASC

 

Son xəbərlər
Digər xəbərlər