21.6 C
Baku
Monday, October 7, 2024

Caspian European Club biznes –forumu keçirdi

Bu gün Caspian European Club çərçivəsində Mərkəzi Bankın sədri Elman Rüstəmovun iştirakı ilə biznes-forum keçirilib.  Caspian European Club -un təşkilatçılığı ilə keçirilən biznes forumda, ölkənin 50-dən çox işadamı iştirak edib. Forumdan əvvəl jurnalistlərə açıqlama verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Mərkəzi Bankın rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur. E. Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.

Daha sonra isə, forum iştirakçıları ilə birlikdə dəyirmi masa keçirildi. İlk öncə çıxış edən Elman Rüstəmov son günlərdə dünyada neftin qiymətinin aşağı düşməsinin Azərbaycana təsir etmədiyini, ölkəmizin valyuta ehtiyatlarının kifayət qədər olduğunu vurğuladı. Mərkəzi Bank rəhbəri ilə işadamları arasında qarşılıqlı sual- cavab şəklindəki tədbir sonrakı hissəsi mətbuat üçün qapalı keçirildi.

Sia.az

Son xəbərlər
Digər xəbərlər