16 C
Baku
Friday, September 27, 2024

“Caspian European Club” İdarə Heyətinə seçkilər başa çatıb

“Caspian European Club”un İdarə Heyətinə (İH) seçkilər başa çatıb.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, Telman Əliyev yenidən İH-nin sədri seçilib.

O, həm də “Caspian European Club” və “Caspian Energy” qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur.

“Caspian European Club”un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə İH-nin qapalı səsvermə yolu ilə seçilən 6 üzvü Zərifə Həmzəyeva (“Gazelli Group”un prezidenti), Avni Dəmirçi (“Ziraat Bank Azərbaycan” ASC-nin İH-nin sədri), Fərid Məmmədov (“Caspian Event Organisers LLC”nin baş direktoru), Nəriman Məmmədov ( “Transbroker”/ “Narimanfilm”in baş direktoru), Rəşad Abbasov (“ASE Express & OCS”un direktoru) və Savaş Uzan (“Azərsun Holdinq” MMC-nin direktoru) olub.

Fevralın 27-29-da keçirilmiş seçkilərdən öncə “Caspian European Club”un internet səhifəsi (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan “Caspian European Club”un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.

Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı “Caspian European Club”un yeni İH-nin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İH-nin üzvləri eyni zamanda “Caspian European Club”un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.

Xatırladaq ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Onun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

21ffefe3 edc5 4faf 955d 5d207f70c4e8

©Report

Son xəbərlər
Digər xəbərlər