BOKT “Caspian İnvest” MMC 2025-ci ili 569 563 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin nəticəsi (181 958 manat) ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin faiz gəlirləri illik müqayisədə 73% artaraq 1 milyon 915 min manatdan 3 milyon 318 min manata yüksəlib. İnziabti və digər əməliyyat xərcləri də 65% artaraq 1 milyon 849 min manat olub. Haqq və komissiya gəlirləri 8 min 365 manatdan 401 min 366 manata çatıb.
BOKT “Caspian İnvest” MMC 2025-ci ildə aktivlərinin həcmi 21% artaraq cəmi aktivləri 12 milyon 668 min manatdan 15 milyon 295 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlərin həcmi təxminən 22% artıb.







