23 C
Baku
Tuesday, April 23, 2024

“Caspian Marine Cervices Limited” xariclə valyuta əməliyyyatlarına görə cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Caspian Marine Cervices Limited” Şirkəti barəsində xariclə valyuta əməliyyatlarına görə cərimələyib.

Banker.az xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində verilən qərara əsasən, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilib. Cərimənin həcmi 48 800 avrodur ki, bu da Azərbaycan valyutası ilə ifadədə təqribən 92 000 manat olması deməkdir.

“Caspian Marine Cervices Limited” Şirkəti bu qərarla razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, qərara bu ayın 19-da baxılacaq.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər