10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Caspian Plaza” təhsil mərkəzini “icarə haqqına” görə məhkəməyə verib

“AGA Group”un biznes mərkəzlərindən birinin idarəedici şirkəti olan “Kaspian İnvestment Kompani” MMC təhsil mərkəzni icarə haqqını ödəməməsinə görə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Banker.az xəbər verir ki, icarəyə ofis götürən “Jannford Təhsil Mərkəzi” MMC barəsində məhkəməyə müraciət edilərək, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisənin baş verdiyi bəlli olub.

“Kaspian İnvestment Kompani” Bakının Yasamal rayonu Cəfər Cabbarlı küçəsində fəaliyyət göstərən biznes mərkəzi “Caspian Plaza”nın menecmentini aparır.

“Kaspian İnvestment Kompani” iddiası (icarə haqqının, cərimənin və elektrik borcunun ödənilməsi) tam təmin edilməyib.

Bakı Kommersiya Məhkəməsi 11 yanvar 2021-ci ildə iddia qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edib.

İcarə verən “Kaspian İnvestment Kompani” buna görə Bakı Apelyasiya Məhkəməsinə üz tutub, məhkəməyə orada baxılacaq.

Xatırladaq ki, özəl təhsil mərkəzləri, dil kursları ötən ilin martda tətbiq edilən sərt karantin səbəbindən fəaliyyətlərində məhdudiyyətlər yaranıb. Bunun sahəsində isə əksəriyyətində gəlirlərin azalması səbəbindən öhdəliklər (məsələn icarə haqqı kimi) çətinliklər yaranmışdır.

Son xəbərlər
Oxşar xəbərlər