Azərbaycanın rabitə operatoru olan “Catel” şirkəti ölkədə 5G şəbəkəsini qurmaq niyyətindədir.
Hazırda bu məsələ nəzərdən keçirilir və bu məqsədlə şirkətə məxsus olan 3GHz tezlik diapazonundan istifadə olunacaq.
Qeyd edək ki, 1996-cı ildən fəaliyyətinə başlayan şirkət abonentlərinə simsiz CDMA və stasionar telefon rabitəsi (447-448 prefiksi ilə) və internet xidmətləri göstərib. “Catel”in fəaliyyəti 2011-ci ilin aprel ayında dayandırılıb. Şirkət dövlətə məxsus “AzInTelecom” operatorunun nəzdində fəaliyyətini davam etdirəcək.
©APA-Economics