28 C
Baku
Thursday, June 13, 2024

Çatışmazlıqları üstünlük kimi qələmə vermək

“İndi isə öz mənfi cəhətləriniz haqqında danışın” – bəlkə də indiyə qədər işgüzar intervülərdə ən çox eşitdiyiniz sualdır. Baxmayaraq ki, verilənlər içərisində cavabını bildiyini ən sadə, bəlkə də yeganə sualdır, amma yenə də verdiyiniz cavabın sizin xeyrinizə olduğundan əminsizmi?

Bəs bu suala necə düzgün cavab vermək olar, əslində işə götürən sizdən nələri öyrənmək istəyir. Namizədə onun çatışmayan tərəfləri barədə sual verməklə, işə götürən qabağında dayanan insanın yetkin olduğunu, səhvlərdən nə qədər dərs çıxara biliyini, öz səhvləri üzərində necə işlədiyini və onun özünü qiymətləndirmə səviyyəsinin nə yerdə olduğunu öyrənmək istəyir. Məlum olduğu kimi ideal insanlar mövcud deyil. Ona görə də özünün çatmayan cəhətlərinin dərk etmək və onlar haqqında müstəqil qənaətə gəlmək insanın emosional cəhətdən yetkinliyini göstərir.

Banker.az bu sadə olmayan suala cavab verərkən yalan faktlardan istifadə etməyi tövsiyə etmir. Yaxşısı budur ki, səmimi olasınız, amma cavabı öncədən fikirləşəsiniz. Bu məsələdə sizə bizim tövsiyələrimiz yardımçı ola bilər.

Səhvlər üzərində iş

Sizin çatışmayan cəhətiniz nə olursa olsun, qeyd edin ki, siz bu məsələnin üzərində işləyir və ya onu başqa hansısa bir xüsusiyyətlə kompensasiya edirsiniz. Hətta artıq qurtulduğunuz mənfi xüsuiyyəti də qeyd edə bilərsiniz.

Məsələn demək olar ki, siz təbiətən günün ikinci yarısı daha aktiv olan insansınız. Ona görə də tezdən yuxudan durmaq sizə bir az çətin gəlir və buna görə də əvvəllər bəzən işə gecikirdiniz. Amma indi isə səhər vaxtında durmaq üçün artıq bir neçə saat durursunuz. Daha tez oyanıb, işə hətta günün başlamasından 10-15 dəqiqə daha tez çatırsınız. Bununla siz göstərəcəksiniz ki, öz səhvlərinizi başa düşür və onların üzərində işləməyi bacarır və nəticə əldə edirsiniz.

Müsbət çatışmayan cəhətlər

Cavab verməyin ən yaxşı üsullarından biri — öz üstünlüklərini (layiqli xüsusiyyətlərini) çatışmazlıqlar qismində təqdim etməkdir, bunlar çox müsbət təəssürat yaratmaq qabiliyyətinə malikdir, xüsusən də əgər sizin ixtisasınızla bağlıdırsa.

Məsələn siz qeyd edə bilərsiniz ki, həddindən artıq xırdaçısınız, detallara, xırdalıqlara çox böyük önəm verirsiniz, bu xüsusiyyətiniz tanışların xoşuna gəlmir, ona görə də hadisələrə daha geniş baxmağa çalışırsınız, amma belə bir xarakter mühasiblər və ya mühəndislər üçün çox yerinə düşər. Əgər siz PR-menecer vəzifəsinə namizədliyinizi irəli sürmüsünüzsə, onda çatışmayan xüsusiyyət kimi ünsiyyətcilliyi, yəni söhbət etməyə meylli olduğunuzu qeyd etmək olar. Bu da sizin işin spesifikası ilə uyğun gəlir.

Səriştə azlığı

Hansısa bir bilik və ya bacarıqların çatışmadığını da qeyd etmək olar, amma elə seçim etməlisiniz ki, onlar sizin hazırkı müraciət etdiyiniz vəzifə üçün önəm kəsb etmir. Amma belə bir variantdan istifadə zamanı olduqca diqqətli olmaq lazımdır. Çünki sizin gələcək vəzifə irəliləmələrinizdə məhz həmin səriştə həll edici rol oynaya bilər. Ona görə də cavablarınızı öncədən düşünüb-daşınmalısınız.

Yalnız peşəkar xüsusiyyətlər

Peşəkar fəaliyyətlə bağlılığı olmayan çatışmayan tərəfləri qeyd etməyə gərək yoxdur, sizdən şəxsi, səmimi etiraflar gözləmirlər. Həddindən artıq şirniyyat sevirsiniz? Evdə kompüter oyunları arxasında həddindən artıq vaxt keçirirsiniz? Siz uzunmüddətli sevgi münasibətləri qurmaqda çətinlik çəkirsiniz? Bunları özünüzə saxlayın.

Yadda saxlayın ki, öncədən hazırlaşmaqla siz rekruteri sizi gözlənilməz vəziyyətdə yaxalamağa imkan verməyəcək, həmçinin suala verdiyiniz düşünülməmiş cavabla özünüzü çətin vəziyyətə salmayacaqsınız. Amma sualın cavabını verməkdə tələsməyin, sanki sualı öncədən gözləyirmiş kimi davranmayın, özünüzü elə göstərin ki, sualın cavabını beyninizdə düşünürsünüz. Özünüzü təbii aparın, onda hər şey alınacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər