2 C
Baku
Saturday, December 14, 2024

Cavab verməyən geri qaytarılacaq – Rusiyadan meyvə-tərəvəz idxalına yeni tələblər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalçıları və ixracatçıları ilə görüş keçirib.

Banker.az xəbər verir ki, Görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin yeni qanunvericilik tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinkefisya tədbirləri həyata keçirilməlidir.

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.

 

Son xəbərlər
Digər xəbərlər