18 C
Baku
Sunday, September 29, 2024

“Cavabdeh”

Bir dindar şəxsin özünə layiq olmayan oğlu var idi. Ətrafdakı insanlar arasında qatı dindar kimi tanınan bu şəxs oğluna görə xəcalət hissi çəksə də, nə isə etmək iqtidarında deyildi.

Bundan xəbəri olan kimsə ataya görə pis olsa da, kimisi də buna sevinirərək deyirdi: “Bizə yol göstərdiyi halda, özü vəziyyətdən çıxa bilmir”. Onun şagirdləri onunla bu mövzuda söhbətdən qaçırdı. Lakin şagirdlərdən biri digər bir müdrik insandan soruşur:

— O hansı günahlarının cəzası olaraq bütün bunları yaşayır?

Müdrik insan cavab verir:

— Bu onun sınağıdır. Bununla belə, dindar ata heç nəyə görə özünü günahkar hesab etməli deyil. O öz oğlu üçün bacardığı hər şeyi edib. Gerisi bizim əlimizdə deyil. Bu halda düşünməli olan biri varsa, o da onun oğludur. Çünki o həm öz hərəkətləri, həm də atasının utancına görə cavab verməlidir!

Son xəbərlər
Digər xəbərlər