12 C
Baku
Saturday, November 23, 2024

Cavad Ovci: “Türkmənistandan Azərbaycana İran üzərindən 1,5 mlrd kubmetr qaz nəql olunacaq”

Türkmənistandan Azərbaycana İran üzərindən il ərzində 1,5 milyard kubmetr qaz nəql olunacaq.

Banker.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan üçtərəfli müqavilə əsasında həyata keçirilir.

C. Ovci bildirib ki, İran Türkiyəyə qaz nəqlini artırmaq niyyətindədir: “Hazırda İran Türkiyəyə gündəlik olaraq 30 milyon kubmetr həcmində təbii qaz nəql edir. Bununla bərabər ölkəmiz tərəfindən gündəlik olaraq təqribən 60 milyon kubmetr İraqa nəql edilir”.

Nazir bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar səmərəsiz olub: “Buna baxmayaraq, İran özünün neft-qaz infrastrukturunu inkişaf etdirə bilib. Bu gün İran bütün qonşu ölkələrə boru xəttləri ilə qaz nəql edir. Biz bütün qonşu ölkələrlə əməkdaşlığa hazırıq və qonşularımızın bütün qaza olan tələbatını ödəməyə hazırıq və bunun üçün bütün infrastrukturumuz var”.

Nazir qeyd edib ki, İran bütün ölkələrdə hər zaman əməkdaşlığa hazırdı.

Ovçi vurğulayıb ki, İranın təbii qazın gündəlik istehsal həcmi 2 milyard kubmetrrə çatdırılıb, neft hasilatı üzrə bu göstərici 4 milyon barel təşkil edir: “Növbəti illərdə 1,4 milyar kubmetr qazın hasilatı nəzərdə tutulur, xam neftinin hasilatı isə gündəlik 6 milyon barelə çatdırmaq niyyətindəyik”.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4,5 milyon kubmetr qaz tədarükünə başlanılıb. .İran Türkmənistan qazını ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil verir.

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər