10 C
Baku
Thursday, December 12, 2024

Cavan deputat Yasamala icra başçısı təyin olundu

Azərbaycan Prezidentinin 12 noyabr 2019-cu il tarixdəki sərəncami ilə Elşad Həsənov Yasamal Rayonu icra Başçısı təyin olunub.

Həsənov Elşad Eldar oğlu – Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü, Elm və təhsil komitəsinin üzvü idi.

1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Ailəlidir. 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.

Son xəbərlər
Digər xəbərlər